Azərbaycan çempionu müəyyənləşdi

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının çempionu müəyyənləşib.

Newsport.az saytının məlumatına görə, çempionatın qızıl medalını “Abşeron” qazanıb.

Eldar Yusubovun yetirmələri bu titulu Super Liqanın III dövrəsinin son – təxirə salınmış VIII turunda təmin edib. Günün ilk matçında “Azərreyl”ı sınağa çəkən abşeronlular bu qarşılaşmada da qələbə qazanıblar – 3:0 (25:16, 25:21, 25:16).

İlk 8 oyunda da xal itirməyən Yusubovun komandası ən yaxın izləyicisi üzərindəki bu qələbədən sonra hesabını 27 xala çatdırıb. “Azərreyl”dən 13 xal uzaqlaşan “Abşeron” rəqibləri üçün əlçatmaz olub.

Mövsümün sonuncu – IV dövrənin üç turunu çempionluq baxımından formallığa çevirən Bakı təmsilçisi tarixində ilk dəfə qızıl medallara yiyələnib. “Abşeron” bu titula sahib çıxan 3-cü komandadır. Bunadək yalnız “Rabitə” və “Azərreyl” çempion adını əldə edib. 
Qeyd edək ki, gümüş və bürünc mükafatçının adına son dövrədə aydınlıq gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right