Böyük Dəbilqə: Daha bir cüdoçumuz mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha bir cüdoçusu Rusiyanın Kazan şəhərindəki Böyük Dəbilqədə mübarizəyə başlayacaq.

Newsport.az-ın məlumatına görə, sonuncu yarış günündə 100 kq-dan yuxarı çəki dərəcəsində Camal Feyziyev tatami üzərinə çıxacaq.

O, 1/16 final mərhələsinə təsadüf edən ilk görüşündə Marius Fizellə (Slovakiya) üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın mübarizəyə qoşulmuş 9 cüdoçusundan yalnız Murad Fətiyev (81 kq) medal qazana bilib. Fətiyev həm də Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right