Rodriqo “Əl-Nəsr”in maraq dairəsində deyil. Braziliyalı “Real”ı başqa bir Avropa klubuna dəyişəcək.
Bir neçə gün əvvəl Səudiyyə Ərəbistanı klubunun “Real”ın futbolçusunun yaxınları ilə əlaqə saxladığı barədə məlumat yayılmışdı. Lakin tanınmış jurnalist Fabrizio Romano məlumatın həqiqətə uyğun olmadığını bildirib. Onun sözlərinə görə tərəflərin heç biri bu keçiddə maraqlı deyil.
Əlavə edək ki, Rodriqo ilə “Arsenal” ciddi şəkildə maraqlanır. Ərəblərə braziliyalı forvardı Kriştianu Ronldo məsləhət bilmişdi.