Azərbaycan və Özbəkistanın U-20-lər arasında dünya çempionatına birgə ev sahibliyi etmək şansları kifayət qədər yüksəkdir.
Newsport.az xarici mətbuata istinadən xəbər verir ki, Daşkənd və Bakıda beynəlxalq standartlara cavab verən stadionların mövcudluğu bunu deməyə əsas verir.
Üstəlik qeyd olunub ki, Özbəkistan artıq U-20 və U-23-lərin Asiya çempionatını, eləcə də Mərkəzi Asiyada ilk dəfə keçirilən futzal üzrə dünya çempionatını uğurla təşkil edib. Hətta FIFA prezidenti Canni İnfantino futzal üzrə dünya çempionatını tarixin ən yaxşı futzal mundialı adlandırıb. Həmçinin Azərbaycanın da beynəlxalq yarışları qəbul etmək təcrübəsi vurğulanıb.
FIFA-ya rəsmi müraciət edən Azərbaycan və Özbəkistan mundialın ev sahibliyinə yaxın görünür.