Argentinalı futbolçu ölkəsinə qayıdır

Leandro Paredes "Boka Xuniors"a qayıdır.

Newsport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Argentina klubu "Roma" ilə 31 yaşlı yarımmüdafiəçinin transferi barədə razılığa gəlib və Paredeslə şəxsi müqavilə şərtlərini də artıq razılaşdırıb. Yaxın günlərdə futbolçu yeni komandası üçün tibbi müayinədən keçəcək.

Transferin ümumi məbləği bonuslarla birlikdə 3,5 milyon avroya çata bilər.

Argentinalı futbolçu ötən mövsüm A Seriyasında 22 oyunda iştirak edib və 3 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right