"Real"dan ayrılan Luka Modriçin yeni klubu müəyyənləşib.
Newsport.az xəbər verir ki xorvatiyalı yarımmüdafiəçi karyerasını "Milan"da davam etdirəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
39 yaşlı futbolçu A Seriyası klubu ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Luka Modriç 2012-cü ildən "Real"da çıxış edirdi.