“Qarabağ”a rəqib olmaq üçün ilk sınaq

“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri “Şelburn” (İrlandiya) və “Linfild” (Şimali İrlandiya) bu gün Dublində qarşılaşacaqlar. Böyük Britaniya təmsilçiləri I təsnifat mərhələsində ilk matçlarını keçirəcəklər.

Qarşılaşma İrlandiyanın paytaxtı Dublindəki “Tolka Park” stadionunda, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq.

Ümumiyyətlə, bu gün Çempionlar Liqasında I təsnifat mərhələsinin qalan 4 oyunu baş tutacaq.

20:00. “Jalgiris” (Litva) – “Hamrun Spartans” (Malta)

21:30. FCSB (Rumıniya) – “İnter Eskaldes” (Andorra)

21:30. “Ludoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus)

22:45. “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right