"Araz-Naxçıvan" bu gün Türkiyənin Ərzurum şəhərindəki təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxacaq.
Newsport.az xəbər verir ki, komanda Türkiyə 3-cü liqası təmsilçisi "Bayburtspor"la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Naxçıvan təmsilçisi Ərzurumda daha 2 yoxlama oyunu keçirəcək. Premyer Liqa klubu Türkiyənin "Alanyaspor" (11 iyul) və "Trabzonspor"la (17 iyul) üz-üzə gələcək.
Qeyd edək ki, "Alanyaspor" və "Trabzonspor" Türkiyə Superliqasının təmsilçiləridirlər.
Xatırladaq ki, "Araz-Naxçıvan" Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Aris"lə (Yunanıstan) qarşılaşacaq. Komandalar arasında ilk oyun iyulun 24-də Bakıda, cavab matçı isə iyulun 31-də Yunanıstanda olacaq.