Kişi voleybolçulardan ibarət "Murov" klubu Çağırış Kubokunda növbəti oyununa çıxıb.
Newsport.az-ın məlumatına görə, Fərid Cəlalovun rəhbərlik etdiyi kollektiv 1/16 finalın ikinci matçında Avstriyanın “UVC Qrats” klubu ilə qarşılaşıb. Görüş Azərbaycan təmsilçisinin qələbəsiylə başa çatıb - 3:0.
İlk oyunda da rəqibinə qalib gələn "Murov" yarışın 1/8 final mərhələsinə yüksəlib.