Azərbaycan çempionu yığmaya çağırılacaq

2023-cü ildən Azərbaycan çempionatında birinci yeri tutan şahmatçı ölkənin əsas milli komandasına dəvət olunacaq.

 

Azərbaycan Şahmat Federasiyasından (AŞF) Newsport.az-a verilən məlumata görə, bununla bağlı qərar AŞF-nin prezidenti Mahir Məmmədovun rəhbərliyi altında keçirilmiş İcraiyyə Komitəsinin iclasında qəbul olunub.

 

Yeni qaydaya əsasən, ölkə çempionu yığmada ən aşağı reytinqə malik şahmatçını əvəz edəcək və il ərzində federasiyadan təqaüd alacaq.

 

Görüşdə təqaüd alacaq şahmatçıların müəyyən olunma meyarları, 2023-cü ilin büdcəsi və yeni ilin təqvimi də müzakirə edilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right