Azərbaycanı təmsil edən idmançı Avropa çempionu oldu

İspaniyanın San Sebastian şəhərində təşkil edilən sahil avarçəkməsi üzrə Avropa çempionatında 4000 metr məsafəyə yürüşlərin qaliblərinin adına aydınlıq gəlib.

Newsport.az-ın məlumatına görə, Azərbaycanı qitə birinciliyində təmsil edən Diana Dimçenko təmsil edib. "Baku” avarçəkmə klubu adından mübarizə aparan idmançımız yarışa yarımfinaldan başlayıb. Ən yaxşı nəticə göstərərək finala vəsiqə qazanan Dimçenko təmsilçimiz Qonzales Karotanı 5 saniyə qabaqlayaraq sahil avarçəkməsi üzrə Avropa çempionu adını qazanıb.

​Dimçenko sahil avarçəkməsi üzrə Avropa çempionu adına layiq görülən ilk idmançımızdır.

Diana Dimçenko Uelsin Pembrukşir şəhərində təşkil edilən sahil avarçəkməsi üzrə sonuncu dünya çempionatında Azərbaycan bayrağı altında gümüş medal qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right