Azərbaycan çempionatında yeni mövsümünün püşkü atıldı

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatında 2022/23 mövsümünün püşkü atılıb.

Newsport.az-ın məlumatına görə, nəticədə ilk iki turda üz-üzə gələcək komandalar bəlli olub.

Kişilər arasında 1-ci və 2-ci turun matçları 12-13 noyabrda keçiriləcək. Qadınlar arasında ilk iki turun matçları isə 19-20 noyabrda baş tutacaq.

“AHF Arena” da təşkil olunacaq çempionatda 7 kişi, 5 qadın komandası mübarizə aparacaq.

Yeni reqlamentə əsasən, qələbəyə 3 xal veriləcək. Hesab bərabər olarsa, oyun penaltilər seriyası ilə davam etdiriləcək. Qalib komanda 2, məğlub tərəf isə 1 xal qazanacaq. Eyni zamanda, hər komanda rəqibi ilə iki gün ərzində qonaq və ev oyunları keçirəcək.

Kişilər
1-ci tur, 12 noyabr

Təhsil – U-16
Məhsul – Bakı
İdman Akademiyası – RİOEUGİM

2-ci tur, 13 noyabr

Bakı – Məhsul
RİOEUGİM – İdman Akademiyası
U-16 – Təhsil

Qadınlar
1-ci tur, 19 noyabr

İdman Akademiyası – Azəryol
Azərsu – U-16

2-ci tur, 20 noyabr

Azəryol – İdman Akademiyası
U-16 – Azərsu





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right