Azərbaycan millisi Avropa çempionatından 2 medalla qayıdır

Qadın boksçular arasında Monteneqronun Budva şəhərində keçirilən Avropa çempionatına yekun vurulub.

Boks Federasiyasından Newsport.az-a verilən məlumata görə, Azərbaycan millisi 30 ölkədən 154 boksçunun qatıldığı yarışı bir gümüş və bir bürünc medalla başa vurub.

Azərbaycan komandasının heyətində Aynur Rzayeva ikinci yeri tutub. +81 kq çəki dərəcəsində mübarizə aparan yığma üzvü finalda ukraynalı Mariya Lovçinska ilə döyüşüb və rəqib qələbə qazandığından, gümüş medalla kifayətlənib.

Ondan öncə isə Anaxanım İsmayılova (50 kq) bürünc medala yiyələnib.

Komanda Bakıya bu gün axşam saatlarında qayıdacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right