Bu gün Azərbaycanın daha üç qadın güləşçisi İspaniyanın Pontevedra şəhərindəki U-23 dünya çempionatında mübarizəyə başlayıb.
Newsport.az-ın məlumatına görə, Gültəkin Şirinova (53 kq) 1/8 final mərhələsində Zeynep Yetgillə (Türkiyə), Birgül Soltanova (62 kq) təsnifatda Astirid Xirinosla (Venesuela) uduzub.
Nigar Mirzəzadə (65 kq) ardıcıl olaraq Nerea Blanko (İspaniya) və Dariqa Abenə (Qazaxıstan) qalib gəlib. Nəticədə idmançımız yarımfinala yüksəlib. O, bu mərhələdə İtaliya təmsilçisi Elena Espositoya qalib gələrək finala yüksəlib.
Bu gün Şəhanə Nəzərova (50 kq) isə təsəlliverici qarşılaşmada Sarra Hamdiyə (Tunis) yenilib.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Nihad Quluzadə (55 kq) və Nihat Məmmədli (60 kq) gümüş, Qurban Qurbanov (72 kq) isə qızıl medal qazanıb.