Azərbaycan yığması Avropa üçüncüsü oldu

Estoniyanın Rakvere şəhərində yeniyetmələr arasında sumo üzrə Avropa birinciliyi başa çatıb.

Newsport.az-ın məlumatına görə, yarışda Azərbaycan yığmasının 10 üzvündən 7-si mükafatçılar sırasında yer alıb.

Kiçik yeniyetmələrin (16 yaşa qədər) yarışında Rüfət Quliyev (65 kq) gümüş, Nuhan Müzəffərov (50 kq) və İman Babayev (75 kq) isə bürünc medal qazanıblar.

Böyük yeniyetmələr (18 yaşadək) arasında isə Veys Nəbiyev (55 kq), Vəlirza Vəliyev (60 kq) və Ramazan Bəxtiyarov (100 kq) gümüş, Arif Şıxbabayev (100 kq) isə bürünc medala layiq görülüblər.

İdmançılarımız (Arif Şıxbabayev, Xəlil Murzayev, Nihad Məmmədzadə, İman Babayev) komanda yarışında isə çempionatın bürünc mükafatçısı olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right