İki boksçumuz Avropa çempionatının 1/4 finalında

İtaliyanın Montesilvano şəhərində yeniyetmə oğlan və qız boksçular arasında Avropa çempionatı davam edir.

Newsport.az-ın məlumatına görə, 33 ölkədən 378 (250 oğlan, 128 qız) idmançının qatıldığı yarışın ikinci günündə Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.

Komandamızın heyətində Aynur Mikayılova 1/8 final mərhələsində Byanka Balintlə (Almaniya) üz-üzə gəlib. 50 kq çəki dərəcəsində mübarizə aparan boksçu rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə məğlub edib. O, növbəti döyüşündə Lamprini Giannakopoulou (Yunanıstan) ilə gücünü yoxlayacaq. Görüş sentyabrın 30-da olacaq.

Faiq Mollayev (46 kq) də Avropa birinciliyində debütünü qələbə ilə başa vurub. 1/8 finalda İqor Uşinyakla (Polşa) qarşılaşan həmyerlimiz rəqibini məğlub etməyə cəmi 1 dəqiqə 50 saniyə vaxt sərf edib. İlk raundda tam üstünlüklə qalib gələn Mollayev 1/4 finala yüksəlib. O, növbəti döyüşünü oktyabrın 1-də ingiltərəli Tomas Vari Cona qarşı keçirəcək.

Avropa birinciliyində sabah daha 5 boksçumuz mübarizəyə qoşulacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right