Stolüstü tennisçilər Tiflisdən 5 medalla qayıdırlar

Gürcüstanın paytaxtı Tiflisdə təşkil olunmuş “WTT youth contender Tbilisi” turnirinə yekun vurulub.

Newsport.az-ın məlumatına görə, yarışın son günündə seçmə komandanın iki üzvü mükafatlar uğrunda mübarizə aparıb.

11 yaşadək tennisçilərin turnirində etimadı layiqincə doğruldan Yağmur Məmmədli bütün rəqiblərini üstələyərək yarışın baş mükafatını qazanıb.

15 yaşadək idmançıların turnirindəki tennisçimiz Mərziyyə Nurmətova isə gərgin mübarizə ilə yadda qalan final görüşündə iranlı rəqibinə 2:3 hesabı ilə uduzaraq 2-ci yerlə kifayətlənib.

Xatırladaq ki, yarışın əvvəlki günlərində Aylin Əsgərova, Adil Əhmədzadə və Onur Quluzadə 3-cü yeri tutmuşdu.

Beləliklə, yeniyetmələrdən ibarət Azərbaycan seçmə komandası 18 ölkə idmançılarının qatıldığı turniri 5 mükafatla başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right