"Cıdır düzündə insan özünü fərqli hiss edir"

“Shusha Chess 2022” turnirinin iştirakçısı, üçqat Avropa çempionu Rauf Məmmədov yarışın rəsmi saytına açıqlama verib.

Newsport.az-ın məlumatına görə, o, ilk növbədə turnirin Şuşada keçirilməsindən danışıb. O şəhərə ekskursiyanın onu valeh etdiyini bildirib: “Şuşada bütün tarixi məkanları görmək istəyirdim. Cıdır düzündə olmaq arzularımdan biri idi. Cıdır düzündə insan özünü fərqli hiss edir. 40-a yaxın ölkədə olmuşam, belə təbiət görməmişəm. Şuşa çox gözəldir, şəhər insanı valeh edir”.

Şahmatçı Şuşa turnirinin ənənəvi olmasını arzuladığını deyib: “Şuşada şahmat turnirinin hər il keçirilməsi yaxşı olardı. Əlbəttə, bu təşkilatçılardan asılıdır. Amma şahmatçı kimi Şuşada yarışmaq çox gözəl hisslərdi. Növbəti illərdə tanınmış şahmatçıları Şuşada görmək istərdim. Dünya çempionu Maqnus Karlsenlə Şuşada eyni yarışda iştirak etmək maraqlı olardı”.

Turnirdəki çıxışına gəlincə R.Məmmədov rapid yarışında o qədər uğurlu olmadığını etiraf etdi: “Rapid yarışında 6 xal toplamışam. O qədər uğurlu olmadı. Fikrimcə əsas yarış blitsdə gözlənilir. Blitsdə zəif iştirakçı yoxdur. Hər bir şahmatçı Şuşada yaxşı nəticə göstərmək istəyir”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right