Dünya çempionatında daha bir bürünc medal

Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatı sona çatıb.

Newsport.az-ın məlumatına görə, yarışın 9-cu günündə sərbəst güləş üzrə millinin son 3 üzvü mübarizəyə qoşulub.

İslam Bazarqanov (61 kq) 1/8 finalda iranlı Reza Atrinaqarçiyə uduzub – 0:4. Rəqib finaladək irəlilədiyi üçün Bazarqanov təsəlliverici görüşlərə çıxıb. İlk qarşılaşmada Şimali Makedoniya təmsilçisi Bəşir Əlidən güclü olan (5:1) İslam növbəti görüşdə bolqarıstanlı Georgi Vangelovla bacarmayıb – 0:4.

Hacı Əliyev (65 kq) 1/8 finalda argentinalı Aqustin Destribatsı üstələyib – 6:1. Yığmanın kapitanı 1/4 finalda özbəkistanlı Abbas Rəhmanovdan güclü olub – 10:3. Titullu güləşçimiz yarımfinalda iranlı Rəhman Amuzadxəliliyə 2:9 hesabıyla məğlub olub. Əliyev bürünc medal uğrunda macarıstanlı İsmayıl Musukayevlə qarşılaşıb və 2:4 hesabıyla məğlub olaraq yarışı 5-ci pillədə başa vurub.

Maqomedxan Maqomedov (97 kq) 1/8 finalda almaniyalı Erik Tieleyə qalib gəlib – 11:4. Avropa çempionumuz 1/4 finalda amerikalı dünya və olimpiya çempionu Kayl Snayderə müqavimət göstərə bilməyib – 0:10. Ancaq rəqib finala yüksəldiyi üçün Maqomedov təsəlliverici görüşə çıxıb və polşalı Zbiqniev Baranovskiyə tam üstünlüklə (11:0) qalib gəlib. Maqomedxan 3-cü yer uğrunda iranlı Məhəmmədhüseyn Məhəmmədianla mübarizə aparıb. Rəqibinə “tuş”la qalib gələn Maqomedov dünya üçüncüsü olub.

Beləliklə, sərbəst güləş üzrə milli komanda DÇ-ni ötən il olduğu kimi, 2 bürünc medalla başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right