Sərbəst güləşçilərdən DÇ-də daha bir uğursuz gün

Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.

Newsport.az-ın məlumatına görə, yarışın yeddinci günündə sərbəst güləş üzrə millinin 3 üzvü mübarizəyə qoşulub.

Əliabbas Rzazadə (57 kq) 1/16 finalda koreyalı Sunqvon Kimə xalların keyfiyyətinə görə (5:5) qalib gəlsə də, növbəti mərhələdə çinli Vanhao Jouya 3:5 hesabıyla məğlub olub.

Turan Bayramov (74 kq) ilk görüşdə bolqarıstanlı Miroslav Kirova qalib gəlib – 5:0. Həmyerlimiz 1/8 finalda kanadalı Casmit Fulkadan güclü olub – 9:0. Bayramov 1/4 finalda iranlı Yunis İmamiçoğayiyə uduzub – 4:8.

Osman Nurmaqomedov (92 kq) 1/8 finalda Maksvel Qaritaya (Kosta-Rika) heç bir şans tanımayıb – 10:0. Milli üzvü son Avropa çempionu Feyzullah Aktürkə (11:0) də vaxtından əvvəl qalib gələrək yarımfinala yüksəlib. Nurmaqomedov finalın bir addımlığında ikiqat dünya çempionu və olimpiya mükafatçısı Ceyden Koksla qarşılaşıb. Təcrübəli rəqib 7:0 hesablı qələbə qazanıb. Osman sabah bürünc medal uğrunda güləşəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right