Dünya çempionatı Rusiyadan alınıb Azərbaycana verildi

Beynəlxalq İdman Atıcılıq Federasiyasının (ISSF) İcraiyyə Komitəsi 2023-cü ildə atıcılıq üzrə dünya çempionatının Azərbaycana köçürülməsi barədə qərar qəbul edib.

Newsport.az-ın məlumatına görə, həmin çempionat 2023-cü il avqustun 14-31-də Rusiyada keçirilməli idi.

30 iyun 2021-ci ildə ISSF Rusiyada keçirilməsi nəzərdə tutulan bütün turnirləri 2022-ci ildən 2023-cü ilə təxirə salmaq qərarına gəlib. Bu qərar İdman Arbitraj Məhkəməsinin (CAS) 2020-ci ilin dekabrında çıxardığı hökm fonunda qəbul edilib. Məhkəmə Rusiya idmançılarının dünya çempionatlarında və Olimpiya oyunlarında öz ölkələrinin bayrağı altında çıxış etməsinə iki il müddətinə qadağa qoyub, Rusiya isə ən böyük idman yarışlarına ev sahibliyi etmək iddiası hüququnu itirib.

​2022-ci il martın 7-də ISSF İcraiyyə Komitəsi Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya və Belarus idmançılarının beynəlxalq turnirlərdə iştirakını növbəti xəbərdarlıq edilənədək dayandırıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right