Azərbaycanın cüdo yığması gümüş medal qazandı

Cüdo üzrə Azərbaycan milli komandası Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında keçirilən dünya çempionatında final görüşünə çıxıb.

Newsport.az-ın məlumatına görə, həlledici qarşılaşmada Fransa yığmasına məğlub olan kollektiv gümüş medalla kifayətlənib.

Fidan Əlizadə (63 kq) yarımfinal görüşündə zədələndiyindən komanda fransızlara qarşı 5 cüdoçu ilə mübarizə aparıb. Qarşılaşma 3:3 hesabı ilə başa çatdığından, qalib püşkatma yolu ilə müəyyənləşib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right