Azərbaycan millisi səfərdə də Gürcüstana qalib gəldi

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində növbəti oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, Eldar Yusubovun baş məşqçi olduğu kollektiv D qrupundak 2-ci matçında Gürcüstanın qonağı olub.

Tiflisdəki “Yeni Voleybol Arena”sında baş tutan görüş Azərbaycanın 3:0 (25:14, 25:14, 25:7) hesablı qələbəsi ilə başa çatıb.

Milli komanda Bakıdakı qarşılaşmada da bu rəqibi eyni hesabla məğlub etmişdi.

Azərbaycan D qrupunda növbəti rəqibi Avstriya olacaq. Oyun avqustun 28-də Bakıda baş tutacaq. Qrupda ilk 2 sıranı tutan komandalar final mərhələsinə yüksələcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right