Azərbaycan millisinin qazancı 5 medal

Türkiyənin Ərzurum şəhərində məktəbli oğlan və qız boksçular arasında keçirilən Avropa birinciliyinə yekun vurulub.

Newsport.az Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, 9 gün davam edən yarışı Azərbaycan millisi 1 qızıl, 1 gümüş və 3 bürünc medalla bitirib.

Yığmanın heyətində Sübhan Babayev (44 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Emanuel Kioaba (Rumıniya), Tsotne Muntçava (Gürcüstan) və Georgi Ralfa (İngiltərə) qalib gələn boksçu finalda Antoni El Moettini (İtaliya) də məğlub edib. O, həlledici döyüşdə 4:1 (30:27, 30:27, 28:29, 30:27, 29:26) hesabı ilə qələbə qazanaraq Avropa çempionu tituluna yiyələnib.

Əli Məmişov (70 kq) gümüş medalla kifayətlənib. Orestas Staponkus (Litva), Niko Qoretaya (Xorvatiya) və Nikalaos Bliatzeyə (Yunanıstan) qalib gələn idmançı finalda Giorgi Biqvavaya (Gürcüstan) uduzub.

Komandanın aktivinə bürünc medalları isə Bağır Əlimxanlı (46 kq), Kənan Aslanlı (60 kq) və Banuçiçək Nəsirli (44 kq) yazdırıblar.

28 ölkədən 378 idmançının qatıldığı yarışda 4 medal qazanan oğlanlardan ibarət yığma Avropada Gürcüstanla birgə dördüncü yerə şərik olub. Birinci pilləni İngiltərə (4-2-4) tutub. İkinci yerdə Ukrayna (3-4-0) qərarlaşdığı halda, “üçlüy”ü İrlandiya (2-1-4) qapayıb.

Bir bürünc medal sahib çıxan qızlardan ibarət milli Moldova ilə birgə 11-ci pillədə yer alıb. Avropa birincisi isə Türkiyə olub. “Ay-ulduzlular” 4 qızıl, 1 gümüş və 3 bürünc medal əldə ediblər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right