AÇ: Azərbaycan millisi son oyunda da uduzdu

Bu gün kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində sonuncu oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, A qrupunda yer alan yığmamız seçmə mərhələnin son matçında Danimarka kollektivi ilə qarşılaşıb.

Matç rəqibin üstünlüyü ilə başlayıb. İlk setdə 25:19 hesabı ilə qalib gələn Danimarka millisi sonrakı hissələri də aktivinə yazıb – 25:19, 25:15. Nəticədə rəqib 3 xalı 3:0 hesablı qələbə ilə əldə edib.

Yığmamızın yer aldığı A qrupunun birincisi 10 xalla Türkiyə yığması olub. Danimarka 8 xalla ikinci, oyunları xalsız başa vuran Azərbaycan millisi isə turnir cədvəlində sonuncu olub.

Ümumilikdə təsnifat oyunlarında 26 komanda 7 qrupa bölünüb. Qrupun ən güclüləri və 5 ən yaxşı ikinci yerin sahibi final mərhələsində iştirak hüququ qazanacaq.

AÇ-2023-ün təsbifat mərhələsi
A qrupu
20 avqust

Danimarka – Azərbaycan 3:0 (25:19, 25:19, 25:15)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right