Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində mübarizəyə start verib.
Newsport.az-ın məlumatına görə, Eldar Yusubovun baş məşqçi olduğu kollektiv D qrupundakı ilk matçında Gürcüstan yığmasını qəbul edib.
Bakı Voleybol Mərkəzində baş tutan görüş Azərbaycan yığmasının inqmlı qələbəsiylə yekunlaşıb – 3:0 (28:26, 25:11, 25:20).
Bu komandalar arasında növbəti görüş avqusutn 28-də Gürcüstanda keçiriləcək.