Cüdoçularımızdan 4 medal

Bu gün Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının cüdo idman növü üzrə yarışlar start götürüb.

Newsport.az-ın məlumatına görə, idmançılarımız yarışın ilk günü ölkəmizin hesabına 1 qızıl, 2 gümüş və 1 bürünc medal yazdırıb.

Qızlar arasında -48 kq. çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Könül Əliyeva finalda türkiyəli idmançı Tuqce Beder ilə qarşılaşıb. Nəticədə idmançımız yarışı gümüş medalla başa vurub.

Oğlanlar arasında -60 kq. çəki dərəcəsində yarışan cüdoçumuz Balabəy Ağayev bütün rəqiblərini məğlub edərək, finala vəsiqə qazanıb. Balabəy finalda özbəkistanlı idmançı Kemran Nurillayevə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

-73 kq. çəkidə mübarizə aparan idmançımız Nəriman Mirzəyev finalda özbəkistanlı Şaxram Axadov ilə qarşılaşıb və gümüş medala sahib çıxıb.

Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Telman Vəliyev qırğızıstanlı idmançı Çingizxan Saqinaliyev üzərində əzmkar qələbə qazanaraq bürünc medalı ölkəmizin aktivinə yazdırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right