Avropa çempionatı: Azərbaycan triatlonçusu 14-cü oldu

Triatlon üzrə Azərbaycanın yığmasının üzvü Rostislav Pevtsov Almaniyanın Münhen şəhərində keçirilən Avropa çempionatında 14-cü yeri tutub.

Newsport.az-ın məlumatına görə, 35 yaşlı idmançı 1500 metrlik su məsafəsini 18 dəqiqə 37 saniyəyə başa vurub.

Pevtsov ardınca 40 kilometrlik velodistansiyanı 51 dəqiqə 16 saniyəyə qət edib. O, yarışların sonuncu mərhələsi – 10 kilometrlik qaçış zolağını 32 dəqiqə 6 saniyəlik nəticə ilə yekunlaşdırıb.

Pevtsov ümumi hesabda 1 saat 43 dəqiqə 1 saniyəlik göstərici ilə 14-cü yerdə qərarlaşıb. 71 idmançının mübarizə apardığı turnirin qalibi fransalı Leo Berjere olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right