İslamiada: Millimiz gümüş medal qazandı

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları çərçivəsində aerobika gimnastikası üzrə təsnifat mərhələsi baş tutub.

Newsport.az xəbər verir ki, Azərbaycan yığma komandasının üzvləri Vladimir Dolmatov (təsnifat mərhələsi 1-ci yer) və Mədinə Mustafayeva (təsnifat mərhələsi 2-ci yer) fərdi proqram ilə yanaşı, qarışıq cütlük (təsnifat mərhələsi 2-ci yer) kateqoriyasında finala vəsiqə qazanıblar. Təmsilçilərimiz M.Mustafayeva, V.Dolmatov və Xoşqədəm Quliyeva üçlük proqramında (təsnifat mərhələsi 2-ci yer) da final mərhələsinə adlayıblar. Həlledici mərhələ sabah keçiriləcək

Bu nəticələrlə aerobika gimnastikası üzrə təmsilçilərimiz komanda hesabında gümüş medalı özləri üçün təmin ediblər. Mükafatlandırma mərasimi sabah olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right