Azərbaycan para-oxatanları Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında 2 bürünc medal qazanıblar.
Newsport.az-ın məlumatına görə, Cahan Musayeva və Azadə Abdullayevadan ibarət komanda miks, Cahan Musayev və Əli Nəbiyevdən ibarət kollektiv isə komanda növündə 3-cü yeri tutublar.
İslamiadada Azərbaycanı 8 paralimpiyaçı təmsil edir.