İslamiada: Fəridədən qızıl, Cavaddan gümüş medal

Azərbaycan qadın taekvondoçusu Fəridə Əzizova (67 kq) Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

Newsport.az-ın məlumatına görə,  idmançı finalda iranlı Zeynəb İsmailiyə qalib gələrək qızıl medal qazanıb.

Təmsilçimiz Cavad Ağayev (68 kq) isə finalda özbəkistanlı Uluqbek Raşidova uduzub. Beləliklə, o, turniri gümüş medalla başa vurub.

Qeyd edək ki, bu gün  49 kq-da çıxış edən taekvondoçumuz Patimat Abakarova isə bürünc medal qazanıb

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right