Şahmat Olimpiadası: Azərbaycan yığmaları darmadağınla başladı

Bu gün Hindistanın Çennay şəhərində Ümumdünya Şahmat Olimpiadasına start verilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycanın həm kişilərdən, həm də qadınlardan ibarət yığmaları Olimpiadaya qələbə ilə başlayıb.

Kişi şahmatçılardan ibarət milli ilk görüşündə Əlcəzair seçməsinə 4:0 hesabı ilə qalib gəlib.

Qadınlardan ibarət yığma da Birləşmiş Ərəb Əmirliklərinin komandasını eyni hesabla üstələyib.

Azərbaycan – Əlcəzair 4:0

Rauf Məmmədov – Əli Nəssr 1:0
Qədir Hüseynov – Lamin Brahami 1:0
Vasif Durarbəyli – Massinas Cabri 1:0
Nicat Abbasov – Kalil Benqerabi 1:0

Azərbaycan – BƏƏ 4:0

Xanım Balacayeva – Moza Əl-Mənsuri 1:0
Gövhər Beydullayeva – Vafiya Əl-Maamari 1:0
Gülnar Məmmədova – Aişə Əl-Maini 1:0
Ülviyyə Fətəliyeva – Essa Ruda 1:0

Ümumdünya Şahmat Olimpiadasına avqustun 10-da yekun vurulacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right