Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova İtaliyanın paytaxtı Romada keçirilən U-17 dünya çempionatında qızıl medal qazanıb.
Newsport.az-ın məlumatına görə, 49 kq-da çıxış edən idmançı finalda yaponiyalı Mihoko Takeuçi ilə qarşılaşıb. Rəqibinə 5:3 hesabıyla qalib gələn Məmmədova dünya çempionu olub.
43 kq çəki dərəcəsindəki Elvina Kərimzadə isə 3-cü yer uğrunda görüşdə qazaxıstanlı Arina Abdullinaya "tuşe" ilə qalib gələrək bürünc medala sahib çıxıb.