“Yaponiya Səfirinin Kuboku” yarışı keçiriləcək Azərbaycanda

İyulun 26-da cüdonun yaranmasının 50 illik yubileyi və Azərbaycan-Yaponiya diplomatik əlaqələrinin qurulmasının 30 illiyi münasibəti ilə “Yaponiya Səfirinin Kuboku” açıq birinciliyinə start veriləcək.

Azərbaycan Cüdo Federasiyasından Newsport.az-a verilən məlumata görə, U-15 kiçik yaşlı yeniyetmələr arasında iki gün təşkil olunacaq turnirdə 200-ə yaxın idmançı medallar uğrunda mübarizə aparacaq. Göygöl Olimpiya İdman Kompleksində keçiriləcək yarışda Gəncə şəhərindən və digər regionlardan 35 komanda iştirak edəcək.

Turnirin əsas məqsədi Yaponiya-Azərbaycan dostluq əlaqələrinin gücləndirilməsinə dəstək göstərmək, eyni zamanda, kiçik yaşlı yeniyetmələr arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formalaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.

Turnir Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right