Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

Basketbol üzrə Azərbaycanın U-18 milli komandası Avropa çempionatına qələbə ilə başlayıb.

Basketbol Federasiyasının mətbuat xidmətindən Newsport.az-a verilən məlumata görə, San Marinoda gənclər arasında təşkil olunmuş Avropa çempionatının “C” divizionunda B qrupunda U-18 komandası ilk görüşünə çıxıb. Lüksemburq millisi ilə qarşılaşan Azərbaycan yığması görüşdən 75:71 hesablı qələbə ilə ayrılıb.

Milli komandanın qrupdakı növbəti rəqibi Cəbəllüttariq komandası olacaq. Oyun sabah saat 19:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right