Dünya Şahmat Olimpiadasında Azərbaycan millisinə Teymur Rəcəbov kömək etməyəcək.
Newsport.az-ın məlumatına görə, Rəcəbov özü Olimpiadada oynamaqdan imtina edib.
Onu ikinci lövhədə Nicat Abbasov əvəz edəcək. Şəhriyar Məmmədyarov 1-ci, Qədir Hüseynov 3-cü, Rauf Məmmədov 4-cü, Vasif Durarbəyli 5-ci lövhədə yer alacaq.