Rafael Fiziyev Azərbaycanı təmsil edəcək

Məşhur döyüşçü Rafael Fiziyev Azərbaycanı təmsil edəcək. 

Newsport.az-ın məlumatına görə, bu, artıq rəsmiləşib.

Belə ki, bu gecə başlayacaq "UFC Vegas58" turnirində Fiziyev məhz Azərbaycan bayrağı altında çıxış edəcək. Onun rəqibi braziliyalı döyüşçü Rafael dos Anjusdu. Turnirin əsas görüşləri səhərə yaxın, 05:00-da başlayacaq. Fiziyevin braziliyalı idmançı ilə döyüşü turnirə başçılıq edir və son qarşıdurma olacaq.

Bununla da Azərbaycan təmsilçisi ilk dəfə UFC-də döyüşə çıxmış olacaq. (MMA Azərbaycan)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right