Azərbaycanlı cüdoçu Hidayət Heydərov Macarıstanın paytaxtı Budapeştdə keçirilən "Böyük Dəbilqə"də qızıl medala sahib çıxıb.
Newsport.az-ın məlumatına görə, Heydərov finalda gürcüstanlı Laşa Şavdatuaşviliyə qızıl xal bölümündə qalib gəlib. Təmsilçimiz finala qədər ABŞ idmançısı Cek Yonezuka, polşalı Viktor Mrovçinski, tacikistanlı Behruzi Xocazoda və kubalı cüdoçu Maqdiel Estradanı məğlub etmişdi.
Bu çəkidə digər təmsilçimiz Rüstəm Orucov isə "Böyük Dəbilqə"də bürünc medal qazanıb. O, 3-cü yer uğrunda qarşılaşmada kubalı Maqdiel Estradaya qalib gəlib.