"Azərbaycan millisinin yaxşı komanda olduğunu yaxşı başa düşürdük"

Futzal üzrə Qazaxıstan millisinin baş məşqçisi Kaka 2024-cü il dünya çempionatının elit-raund mərhələsinin A qrupunun 4-cü turunda Astanada Azərbaycan millisi üzərində qazandıqları qələbəni (3:2) şərh edib.

Newsport.az xəbər verir ki, braziliyalı matçla bağlı bunları deyib:

"Matç çox çətin alındı. Azərbaycanın yaxşı komanda olduğunu yaxşı başa düşürdük. Bu görüşün də ötən həftə Bakıda keçirilən matça (2:4) oxşayacağını fikirləşirdik. Lakin fərqli oldu. Çətin olsa da, futbolçular işinin öhdəsindən gəldi və geridönüş etməyi bacardılar. Onlara afərin. Matçın gedişində komanda toparlanmağı bacardı. Güclü komanda özünü belə anlarda göstərir. Oyunçular bunu başa düşürdülər. Ona görə meydana çıxıb geridönüş etdilər".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right