Millimizin baş məşqçisi: "Rəqib bu gün bizdən daha yaxşı oynadı"

Azərbaycan milli komandası futzal üzrə DÇ-2024-ün elit mərhələsinin oyununda Qazaxıstana 2:3 hesabı ilə məğlub olub.

Newsport.az-ın məlumatına görə. qarşılaşmadan sonra yığmamızın baş məşqçisi Vitali Borisov federasiyanın mətbuat xidmətinə açıqlama verib:

“Oyun kifayət qədər gərgin keçdi. Hesabda 2 top fərqi ilə önə keçsək də, üstünlüyümüzü qoruya bilmədik. Rəqib bu gün bizdən daha yaxşı oynadı, qol epizodları çox oldu. Qazaxıstan millisini təbrik edirəm. Uşaqlar sona qədər mübarizə apardılar, əllərindən gələni etdilər. 5-in 4-ə oynayan zaman şanslarımız oldu, amma fərqlənə bilmədik. Növbəti oyunu düşünməliyik. Bakıda Rumıniya ilə qarşılaşacağıq. Bu matçda qələbə qazanmalıyıq ki, mübarizəni davam etdirmək imkanımız olsun. Düzdür, heyətimizdə itkilər olacaq. Bu gün sarı vərəqə alan Eduardo cəzalı duruma düşdü. Əvəzində analoji səbəbdən Astanadakı oyunu buraxan Felipinyo komandaya qoşulacaq”.


 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right