Çempionlar Liqası: "Araz-Naxçıvan"ın rəqibləri bəlli oldu

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının 2023/24-cü il mövsümünün püşkü atılıb.

Newsport.az-ın məlumatına görə, bu turnirdə ölkəmizi təmsil edəcək və mübarizəyə ilkin mərhələdən başlayacaq son çempion “Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşib. Komandamız A qrupda yer alacaq. Bu mərhələnin oyunları avqustun 22-dən 27-dək Latviyada keçiriləcək.

Əsas mərhələyə qrup qalibləri və ən yaxşı göstəriciyə malik ikinci pilləni tutan 1 komanda vəsiqə qazanacaq.

İlkin mərhələ  (22-27 avqust)

A qrupu

Araz-Naxçıvan (Azərbaycan)

Riqa (Latviya)

Jahn Regensburq (Almaniya)

İstanbul Şişli (Türkiyə)

B qrupu

Örebro (İsveç)

Diamant Linz (Avstriya)

Amiqo Northvest (Bolqarıstan)

ASA Tel Aviv Ouls (İsrail)

C qrupu

Eindhoven (Niderland)

Titoqrad (Monteneqro)

Georgians (Gürcüstan)

Avropa (Cəbəllütarıq)

D qrupu

Lubaua (Polşa)

Pristina (Kosovo)

Utleira İdrettslaq (Norveç)

İsbjorninn (İslandiya)

E qrupu

Luçeneç (Slovakiya)

Kosmos Tallin (Estoniya)

Enkamp (Andorra)

PYF Saltires (Şotlandiya)

F qrupu

Doukas (Yunanıstan)

Blue Magic FC Dublin (İrlandiya)

Nisturu Kişinyov (Moldova)

Blumsbury Futsal (İngiltərə)

G qrupu

Futsal Minerva (İsveçrə)

Yerevan Futsal (Ermənistan)

AEL Limassol (Kipr)

Folqore (San-Marino)

H qrup

Radnik Bijeljina (Bosniya və Herseqovina)

Tirana (Albaniya)

Cefn Druids (Uels)

Sparta Belfast (Şimali İrlandiya)

Əsas mərhələnin də püşkü atılıb. “Araz-Naxçıvan” oktyabrın 24-dən 29-dək keçiriləcək bu mərhələyə qrup qalibi kimi vəsiqə qazanacağı təqdirdə 6-cı qrupda yer alacaq. Rəqibləri Plzen (Çexiya), Futsal  Gentofte (Danimarka) və ilkin mərhələnin H qrupunun Radnik Bijeljina (Bosniya və Herseqovina), Tirana (Albaniya), Cefn Druids (Uels) və Sparta Belfast (Şimali İrlandiya) qalibi ilə üz-üzə gələcək. Əgər təmsilçimiz ən yaxşı “ikinci” kimi mübarizəni davam etdirsə, o zaman 5-ci qrupda Futsal Dinamo (Xorvatiya), eləcə də ilkin mərhələnin B (Örebro (İsveç), Diamant Linz (Avstriya), Amiqo Northvest (Bolqarıstan) və ASA Tel Aviv Ouls (İsrail) və C (Eindhoven (Niderland), Titoqrad (Monteneqro), Georgians (Gürcüstan) və Avropa (Cəbəllütarıq) qruplarının qalibləri ilə üz-üzə gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right