DÇ-2024: Azərbaycanın futzal millisi ilk matçını səfərdə keçirəcək

DÇ-2024-ün elit-raund mərhələsindəki rəqibləri iyunun 8-də bilinəcək futzal üzrə Azərbaycan millisi ilk matçını səfərdə keçirəcək.

Newsport.az-ın məlumatına görə, UEFA artıq oyun cədvəlinin ardıcıllığını da açıqlayıb.

Sentyabrda rəqib meydanında bu mərhələyə start verəcək komanda daha sonra Bakıda görüşə çıxacaq.

Yığma oktyabrda əvvəlcə doğma məkanda, sonra səfərdə gücünü göstərəcək. Dekabrda da yenə ilk matçı Bakıda oynayacaq milli mərhələnin son sınağını rəqib meydanında verəcək.

Qeyd edək ki, 6 dəfə Avropa çempionatının final mərhələsində iştirak etmiş Azərbaycan millisi artıq bir dəfə də dünya çempionatının final mərhələsində gücünü göstərib.

2016-cı ildə Kolumbiyada təşkil olunan mundialda uğurla çıxış edən yığmamız mübarizəni 1/4 finalda dayandırsa da, yekunda ən güclü 5-ci komanda olmağı bacarmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right