Azərbaycan kuboku: Finalçılar bəlli oldu

Bu gün futzal üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, ilk matçda Yüksək Liqanın bürünc medalçısı “Baku Fire” Birinci Liqanın gümüş medalçısı MUM-la qarşılaşıb. Aşağı dəstə təmsilçisi bir hissə müqavimət göstərə bilib. Belə ki, fasiləyə qədər tərəflər hərəyə 1 qol vurub. İkinci hissə daha məhsuldar alınıb. Yüksək Liqa iştirakçısı daha 6 qol vurmaqla adını finala yazdıran ilk komanda olub – 7:1.

Günün ikinci oyununda isə Yüksək Liqanın gümüş medalçısı “Neftçi” İK İkinci Liqanın qalibi “Rəvan”la üz-üzə gəlib. Hesabı aşağı dəstə komandası açıb. Amma fasiləyə qədər “Neftçi” İK rəqibini 3 dəfə məyus edib. İkinci hissədə də “Neftçi” üstün olub və dueli qələbə ilə başa vurub – 4:1. Nəticədə komanda finala vəsiqə qazanıb və həlledici oyunda cari mövsümdə ən çox qarşılaşdığı komanda ilə – “Baku Fire”lə gücünü sınayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right