“Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turniri: Azərbaycan yığması Gürcüstanla qarşılaşacaq

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində bu gün növbəti oyunlar keçiriləcək.

Newsport.az-ın məlumatına görə, Bakı Tennis Akademiyasında daha 6 qarşılaşma baş tutacaq.

A və B qruplarında əvvəlcə III turun matçları oynanılacaq. Eyni zamanda, hər qrupda IV turun da bir görüşü təşkil ediləcək. A qrupunda Gürcüstan, B qrupunda isə Ukrayna yığması iki oyun keçirəcək.

A qrupunda qərarlaşan Azərbaycan millisi günün son görüşündə meydana çıxacaq. İlk iki turda Çexiya ilə qolsuz heç-heçə edib, İtaliyaya qalib gələn yığma bu dəfə Gürcüstanla qarşılaşacaq.

Qeyd edək ki, qrup birinciləri yarımfinala vəsiqə qazanacaqlar. 2-3-cü yerləri tutacaq komandalar isə pley-offda üz-üzə gələcəklər.

Beynəlxalq Minifutbol Turniri
3 may
A qrupu

12:30. Gürcüstan – Çexiya

15:30. Serbiya – İtaliya

20:30. Azərbaycan – Gürcüstan





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right