Kateqoriya: Futzal | Tarix: 02.05.2023 13:18
Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turniri keçirilir.
Newsport.az xəbər verir ki, Azərbaycan milli komandası turnirə heç-heçə ilə başlayıb. Yığmamız A qrupunun ilk turunda Çexiya seçməsi ilə qarşılaşıb.
Bakı Tennis Akademiyasında baş tutan görüşdə qapılara qol vurulmayıb.
Bu qrupun ilk matçında Serbiya millisi Gürcüstana minimal hesabla qalib gəlib – 1:0.
B qrupunda da iki qarşılaşma baş tutub. Ukrayna Qazaxıstana minimal hesabla uduzubsa, Fransa yığması Cənubi Afrikaya böyük hesabla qalib gəlib.
Bu gün turnirdə ikinci oyun günüdür. Bir görüş artıq başa çatıb. B qrupunda yer alan Türkiyə və Ukrayna yığmalarının görüşündə ukraynalılar 3:2 hesablı qələbə qazanıblar.
Bu gün B qrupu çərçivəsində Qazaxıstan – Cənubi Afrika və Türkiyə – Fransa matçları da olacaq. A qrupunda isə İtaliya – Gürcüstan, Serbiya – Çexiya və Azərbaycan – İtaliya görüşləri keçiriləcək.
Turnirə mayın 6-da yekun vurulacaq.
1 may
A qrupu
Azərbaycan – Çexiya 0:0
Serbiya – Gürcüstan 1:0
B qrupu
Ukrayna – Qazaxıstan 0:1
Fransa – Cənubi Afrika 11:0
2 may
Türkiyə – Ukrayna 2:3