Millimizin üzvü: "Polşaya qələbə üçün gedirik"

Ötən gün DÇ-2024-ün əsas mərhələsi çərçivəsində Bakıda Yunanıstanla qarşılaşan və inamlı qələbə qazanan (5:2) Azərbaycan millisinin qollarından birinin müəllifi Felipinyo matçı dəyərləndirib.

Newsport.az-ın məlumatına görə, milliləşmiş braziliyalı Futzal Federasiyasının mıtbuat xidmətinə açıqlamasında belə deyib:

“Oyunun bizim üçün çətin keçəcəyini gözləyirdik. Onların heç bir şansı qalmadığına görə, meydana rahat çıxmışdılar, üzərlərində hansısa təzyiq yox idi. Nəticədə bir müddət hücum qurmaqda çətinlik çəkdik. Amma tədricən üstünlüyümüzü yaratdıq və oyunun idarəsini əlimizə keçirdik. Düzdür, imkanlarımızdan tam istifadə edə, epizodları realizə edə bilmədik. İstənilən halda, qələbə qazanmağı bacardıq, vacib olan tapşırığın öhdəsindən gəldik”.

Felipinyo martın 7-də Polşa ilə keçiriləcək oyun haqda da fikirlərini bildirib: “Polşa ilə qarşılaşma çətin keçəcək. Əvvəla, bu rəqibimiz gücünə, keyfiyyətinə görə seçilir. Onlar fiziki planda da fərqlənirlər. Ancaq sürətli oyunumuzu davam etdirməli, Bakıda olduğu kimi, səfərdə də meydanı qalib tərk etməliyik”.

O, elit-raunda vəsiqənin qazanılmasının komandanın oyununa heç bir təsir etməyəcəyini vurğulayıb: “Əvvəldən komandanın qarşısına yalnız elit-raunda yüksəlmək deyil, qrupu birinci pillədə başa vurmaq tapşırığı qoyulub. Biz də yola bu məqsədlə çıxmışıq. Bu mərhələnin final matçını major notlarla bitirmək istəyirik. Nə heç-heçə, nə də minimalhesablı yenilgi haqda düşünürük. Polşaya qələbə üçün gedirik”. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right