Joze Alesio: "Qələbə qazanmaq şansımız 70 faizə bərabərdir”

“Hazırlıqla bağlı vaxt məhdudiyyəti var. Bu da FİFA-nın rəsmi oyunlar üçün ayırdığı vaxtın azlığından qaynaqlanır. Cəmi 5 məşq keçirəcəyik. Buna görə də yoldaşlıq oyununda da gücümüzü sınaya bilmədik. Çalışacağıq ki, bu qısa müddətdə oyunçulara istədiklərimizi aşılayaq".
 
Newsport.az xəbər verir ki, bu sözləri futzal millimizin baş məşqçisi  Joze Alesio Da Silva DÇ-2024-ün əsas mərhələsi çərçivəsində martın 3-də Yunanıstanla keçirəcəkləri oyun öncəsi deyib.

"Rəqibimiz Yunanıstanla son 2 ildə 3 dəfə qarşılaşmışıq və onları məğlub etmişik. Yunanıstan yığması üçün mübarizə artıq başa çatıb. Onlar qrupda keçirdikləri 3 oyunun hamısında məğlub olublar. Yəqin ki, çalışacaqlar son görüşdə xal qazansınlar. Biz isə Yunanıstanla yanaşı, Polşa ilə duel üçün də hazırlığımızı davam etdiririk" - deyə o bildirib.

Mütəxəssis Fineonun yüngül zədəsinin olduğunu vurğulayıb: "Amir Shojae isə son matçda zədələnib. O, komandanın sıralarına qoşulmayıb. Onun yoxluğu planlarımıza ciddi təsir etməyəcək. Digər oyunçularımız tam sağlamdır.

Azərbaycan – Yunanıstan oyunu ilə bağlı proqnoza gəldikdə, qələbə qazanmaq şansımızı 70 faizə bərabər hesab edirəm”.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right