Yüksək Liqa matçına əcnəbi hakimlər təyinat aldılar

Futzal üzrə Yüksək Liqada XIV turun oyunlarına təyinatlar açıqlanıb.

Newsport.az xəbər verir ki, turun ikinci oyununa əcnəbi hakimlər təyinat alıblar.

Belə ki, ölkəmizdə FİFA tərəfindən futzal hakimləri və hakim-inspektorları üçün təşkil edilən seminarda iştirak edən Səudiyyə Ərəbistanından olan iki hakim mübadilə proqramı əsasında “Alyans” – U-19 matçını idarə edəcək.

Mərkəzi matçda isə FİFA referiləri fitini səsləndirəcək.

Yüksək Liqa
XIV tur
23 fevral

Record – Baku Fire
Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Məmmədəli Kərimov
Hakim-inspektor: Azad Hüseynov
Olimpik Star. Saat 15:00

Alyans – U-19
Hakimlər: Rayan Avad Alamri, Xalid Ahmed, Ramil Namazov
Hakim-inspektor:Elçin Səmədli
Olimpik Star. Saat 17:00

Araz Naxçıvan – Neftçi İK
Hakimlər: Əli Cəbrayılov, Hikmət Qafarlı, Anar Fərəcov
Hakim-inspektor: Mehman Mahmudov
Olimpik Star. Saat 19:00.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right