Polşa yığmasının Azərbaycan millisi ilə oyun üçün heyəti açıqlanıb

Futzal üzrə Polşa millisinin Ukrayna ilə yoldaşlıq, Azərbaycan yığması ilə DÇ-2024-ün əsas mərhələ oyunu üçün heyəti bəlli olub.

Newsport.az-ın məlumatına görə, baş məşqçisi Blazej Korçinski siyahıya 14 oyunçu daxil edib.

Qapıçılar: Mixal Kaluza ("Burela", İspaniya), Lukasz Blaszczik ("Red Draqons Pnievy")

Oyunçular: Krzistof Elsner, Remigiusz Spikalski ("hər ikisi Reyter Torun"), Patrik Holy ("Red Draqons Pnievy"), Pauel Kanievski, Tomaz Kriezel, Mateus Madziaq, Kasper Sendlevski (hamısı "Konstrakt Lubava"), Mikal Kubik, Sebastian Leszczak, Kamil Surmiak, Mikolaj Zastavnik (hamısı "Rekord Bielsko-Biala"), Mateus Mroviç, ("Piast Qlivice")

Qeyd edək ki, martın 3-də Ukrayna ilə üz-üzə gələcək Polşa seçməsi dörd gün sonra Azərbaycan komandasını qəbul edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right