“Çox vacib qələbə qazandıq” Potter

“Çelsi”nin baş məşqçisi Qrem Potter İngiltərə Premyer Liqasının 20-ci turunun “Kristal Pelas”la matçından sonra (1:0) açıqlama verib.

Newsport.az-ın məlumatına görə, o, futbolçularının yaxşı oynadığını bildirib:

“Üç xal qazandığımız üçün sevinirik. Real qol epizodlarımız oldu. Yaxşı oynadıq. Çox vacib qələbə qazandıq. Məncə, biz bütün oyunlarda yaxşı oynamağa çalışırıq. Sadəcə siz də bizim hazırda düşdüyümüz vəziyyəti başa düşməlisiniz”.

“Zadəganlar” İngiltərə Premyer Liqasının turnir cədvəlində 28 xalla 10-cu pillədə qərarlaşıb. Son 5 matçın 4-də qələbə qazana bilməyən “Kristal Pelas” 22 xalla 12-ci yerdədir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right